Bakı. Trend:
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyun müqaviləsinin dəyəri 0,80% artaraq 1 barelə görə 90.46 ABŞ dolları təşkil edib.
Trend-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,98% artaraq 85.85 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,7 ABŞ dolları, yaxud 0,76 % artaraq 92,96 ABŞ dolları təşkil edib.