...

Məcburi köçkünlərin geri qayıdışı üçün məlumatlandırılmasına 1,2 milyon manat vəsait ayrıldı

İqtisadiyyat Materials 22 Aprel 2024 16:30 (UTC +04:00)
Məcburi köçkünlərin geri qayıdışı üçün məlumatlandırılmasına 1,2 milyon manat vəsait ayrıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) məcburi köçkünlərin geri qayıdışla bağlı məlumatlandırılmasına 1,23 milyon manat vəsait ayıracaq.

Trend xəbər verir ki, Fond Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması adı ilə tender keçirib.

“ADMEDİA.AZ" MMC tenderin qalibi seçilib. Bir illik müqavilənin dəyəri 1 milyon 229.943 min manat təşkil edib.

Qeyd edək ki, MKSİF 1999-cu ildə yaradılıb. Fondun əsas məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin açılmasını təmin edən tədbirlərin həyata keçirilməsi, əsasən sosial infrastrukturun bərpasına yönəldilmiş mikrolayihələrin yerinə yetirilməsi üçün vəsait ayırmaq və bu vəsaitlərdən səmərəli və məqsədyönlü istifadəsini təmin etməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti