...

Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamentində görüşlər keçirib

İqtisadiyyat Materials 24 Aprel 2024 17:30 (UTC +04:00)
Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamentində görüşlər keçirib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bankçılıq missiyasının növbəti görüşləri ABŞ Xəzinədarlıq Departamentində keçirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “X” sosial şəbəkəsində paylaşım edib.

"Xəzinədarlıq katibinin qlobal məsələlər üzrə köməkçisi Anna Moris və Xəzinədarlıq Departamentinin Avropa və Avrasiya üzrə katib köməkçisinin müavini Brayan Makkauley ilə məhsuldar müzakirələrə qatıldıq.

Görüşlər zamanı Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət tədbirlərini nəzərdən keçirdik, makroiqtisadi məsələlər ətrafında fikir mübadiləsi apardıq.

Həmçinin qurumlar arasında risklərin dəyərləndirilməsi və idarə olunması, kibertəhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi və ümumilikdə maliyyə sabitliyinin təmin olunması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə etdik", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti