Leypsiq. Trend:
Son zamanlar Şərq-Qərb arasındakı Orta Dəhlizin tərkib hissələrindən biri də Türkiyədir.
Trend xəbər verir ki, Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloglu Leypsiqdə (Almaniya) “Nəqliyyatın yaşıllaşdırılması: böhran dövründə diqqətin saxlanılması” mövzusunda Beynəlxalq Nəqliyyat Forumunun (ITF) illik sammiti zamanı deyib.
Onun sözlərinə görə, Orta Dəhlizin daha da inkişaf etidirlməsi üçün işlər görürük. Son dönəmlər xüsusilə dəmir yollarının genişləndirilməsi üzrə işlər görürük.
"İstifadə olunan nəqliyyat vasitələrinin "yaşıl enerj" vasitəsilə çalışmasına xüsusi səy göstəririk. Xüsusilə Qırmızı dənizdə yaranan problemlərdən sonra alternativ xətlərin olması vacibliyi ortaya çıxdı. İran körfəzindən Avropaya uzanacaq dəhliz üzərindən çalışırıq", - deyə nazir əlavə edib.
Qeyd edək ki, Beynəlxalq Nəqliyyat Forumunun illik sammiti dünyanın nəqliyyat nazirlərinin ən böyük toplantısı və qlobal nəqliyyat siyasəti sahəsində əsas hadisədir. Builki sammit mayın 22-dən 24-dək Litvanın sədrliyi ilə Leypsiqdə keçirilir.
2024-cü il sammitində ekoloji dayanıqlığın əldə edilməsində nəqliyyat sektorunun rolunun araşdırılması və bu kontekstdə iqlim, sağlamlıq və geosiyasi böhranların təsirinin qiymətləndirilməsi planlaşdırılır. Qlobal CO2 emissiyalarının 30 faizi nəqliyyatın payına düşür və ekstremal hava hadisələrinə səbəb olan iqlim dəyişikliyi ilə karbon emissiyalarının azaldılması zərurəti əsas prioritetdir.