...

Manatla geniş pul kütləsi artıb

İqtisadiyyat Materials 25 May 2024 16:37 (UTC +04:00)
Manatla geniş pul kütləsi artıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il mayın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 45 milyard 277,2 milyon manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi aylıq müqayisədə 1 % çox, ilin əvvəlinə nisbətən 0,5 % çox, illik müqayisədə isə 10 % artıb.

Manatla geniş mənada pul kütləsinin həcmi aprelin sonuna 34 milyard 268,3 milyon manat təşkil edib. Bu, martın sonuna olan analoji göstəricidən 0,5 % az, ilin əvvəlinə nisbətən 3,1 % az, illik müqayisədə isə 13,5 % çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti