Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,5% artaraq, 432,9 milyon manat olub.
Trend bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 257,8 milyon manat olub ki, bu da ümumi dövriyyənin 59,5%-ni təşkil edib.