...

Sosial sığorta haqları üzrə daxilolmalar artıb

İqtisadiyyat Materials 12 İyun 2024 10:32 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-may ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 186,9 mln. manat və ya 8,9% artım qeydə alınıb.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3 mln. manat və ya 3,3%, qeyri-büdcə təşkilatları üzrə isə 198,2 mln. manat və ya 14,8% artımla olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti