...

Yanvar-iyun aylarında Türkiyənin Azərbaycana polad ixracının həcmi açıqlanıb

İqtisadiyyat Materials 12 İyul 2024 17:59 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin Azərbaycana polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 21,6 faiz azalaraq, 44,7 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin iyun ayında Türkiyə Azərbaycana 5,3 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 44,2 faiz azdır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq, 7,9 milyard dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1,3 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 0,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə 15,6 milyard dollar məbləğində polad ixrac edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti