...

Xalq Bankdan tələbələr üçün yeni kampaniya

İqtisadiyyat Materials 5 Avqust 2024 17:54 (UTC +04:00)
Xalq Bankdan tələbələr üçün yeni kampaniya

Bakı. Trend:

Xalq Bank xaricdə təhsil alan tələbələr üçün növbəti kampaniyaya start verir.

Belə ki, xaricdə təhsil alan tələbələr 1 illik Visa Platinum kartını pulsuz, 2 və 3 illik kartı satış qiymətinə və ya ilkin ödənişə 50% endirimlə sifariş edə bilərlər.

Xalq Bankın Visa Platinum kartı vasitəsilə dünyanın istənilən nöqtəsində müxtəlif eksklüziv xidmətlərdən yararlanmaq, vəsait nağdlaşdırmaq, onlayn alış-veriş etmək və Apple Pay/Google Pay xidməti ilə ödənişlər aparmaq mümkündür. Visa Platinum kartı ilə səyahət zamanı 24/7 peşəkar Visa konsyerj servisi, müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, hava limanlarında pulsuz sürətli keçid (Fast Track), sürücü xidməti, rouminqdə pulsuz internet, Heydər Əliyev Beynəlxalq Aeroportu və Türkiyənin müxtəlif hava limanlarında pulsuz transfer xidmətindən istifadə etmək olar.

Kampaniya 5 noyabradək qüvvədədir. Kampaniyadan yararlanmaq istəyən tələbələr xaricdə təhsillə bağlı təsdiqedici sənədlərlə birgə Bankın istənilən filialına yaxınlaşaraq kartı sifariş edə bilər.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin, müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti