...

Təhlükəsizlik məsələlərində PashaPay banklarla eyni səviyyədədir - Samir Məmmədov

İqtisadiyyat Materials 20 Sentyabr 2024 13:44 (UTC +04:00)
Təhlükəsizlik məsələlərində PashaPay banklarla eyni səviyyədədir - Samir Məmmədov
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Təhlükəsizlik məsələlərində PashaPay banklarla eyni səviyyədədir.

Trend xəbər verir ki, bu barədə “PashaPay”-in icraçı direktoru Samir Məmmədov Bakıda keçirilən "“Yaşıl” iqtisadiyyat naminə kibertəhlükəsizlik" mövzusuna həsr olunmuş konfransda bildirib.

"Fəaliyyətimiz Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq olunmuş yeni standartlara uyğundur. Biz, Azərbaycanda elektron pul kisələrinin təhlükəsizlik səviyyəsinin bank tələblərinə cavab verməli olduğunu, o cümlədən pul yuyulmasının və fırıldaqçılığın qarşısını almaq üçün ciddi prosedurların olmasını təmin etdik. Bundan əlavə, ilk gündən kibertəhlükəsizlik strukturları ilə sıx əməkdaşlıq edirik", - o vurğulayıb.

Onun sözlərinə görə, PashaPay, ilkin mərhələlərdə tez-tez baş verən kiber hücumlara baxmayaraq, biometrik texnologiyalar, çoxfaktorlu autentifikasiya, davranış analizi, tokenləşdirmə və əməliyyatların qorunması sayəsində bank standartlarını aşan bir təhlükəsizlik səviyyəsini təmin etməyə nail olub.

“Biz əminik ki, istifadəçilərimizin vəsaitləri tam təhlükəsizlikdədir. Təhlükəsizliyi təmin etməkdəki müvəffəqiyyətimiz, məhsul istehsalı zamanı qarşılaşa biləcəyimiz kiber cinayətlərin bütün ssenarilərini analiz etməyimizlə izah olunur. Bizim güclü kiber təhlükəsizlik və antifrod sistemləri üzrə mütəxəssislərdən ibarət komandamız var ki, bu komanda sistemi zəifliklərini aşkar etmək üçün müntəzəm olaraq testlər keçirir. Bununla yanaşı, biz çox qatlı identifikasiya sistemləri, antifrod və uyğunluq sistemləri hazırlayan aparıcı texnologiya şirkətləri ilə əməkdaşlıq edirik. Bu proses texniki cəhətdən çətindir, amma onun effektivliyinə inanırıq”, - Samir Məmmədov əlavə edib.

Qeyd edək ki, "“Yaşıl” iqtisadiyyat naminə kibertəhlükəsizlik" konfransı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və PROSOL şirkəti tərəfindən təşkil edilib. Konfransda kibertəhlükəsizlik sahəsində çalışan yerli və xarici mütəxəssislər, eləcə də bu sahəyə cavabdeh olan dövlət müəssisələri, özəl şirkətlər və təşkilatların nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti