Bakı. Trend:
"PAŞA Bank" ASC cari ilin sonuna qədər istiqraz emissiyasını planlaşdırır.
Trend xəbər verir ki, bu barədə “PAŞA Bank” ASC-in idarə heyətinin üzvü Murad Süleymanov 2024-cü ilin ilk 6 ayı ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"İstiqrazların emissiyası həm manat, həm də ABŞ dollarında həyata keçiriləcək. İndi emissiyanın həcmi müzakirə edilir və o, bazar tələbatından asılı olacaq. Biz bu ilin sonuna qədər istiqrazları yerləşdirməyi planlaşdırırıq", - o, qeyd edib.
Qeyd edək ki, 2023-cü ildə Bakı Fond Birjasının dövriyyəsi 27,335 milyard manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 1,8 dəfə çoxdur.
Xatırladaq ki, “PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə ölkənin ilk üçlükdə yer alan bankından biridir.