...

Qətər Ticarət Nazirliyinin katibi Azərbaycanla əməkdaşlıq üçün perspektivli istiqamətləri açıqlayıb

İqtisadiyyat Materials 26 Sentyabr 2024 12:07 (UTC +04:00)
Qətər Ticarət Nazirliyinin katibi Azərbaycanla əməkdaşlıq üçün perspektivli istiqamətləri açıqlayıb
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Qətər ilə Azərbaycan arasında əməkdaşlıq üçün perspektivli sahələr arasında enerji, nəqliyyat, turizm və aqrosənaye var.

Trend xəbər verir ki, bu barədə Qətər Ticarət və Sənaye Nazirliyinin katibi Məhəmməd bin Həsən Al Malki Bakıda İkinci Azərbaycan-Fars körfəzi İqtisadi Forumunda bildirib.

O, Azərbaycan və Fars körfəzi ölkələrində xalqların rifahının artmasına yönəlmiş əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Məhəmməd bin Həsən Al Malki Bakıda keçirilən bu forumun qeyd olunan sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə edib.

"Bu danışıqlar platforması təkcə tərəfdaşlığımızı sabitləşdirməyə deyil, həm də onu dəfələrlə artırmağa imkan verəcək. Əminəm ki, Bakıda aparılan danışıqlar zamanı əldə ediləcək razılaşmalar Azərbaycanla ticarətimizin səviyyəsini artıracaq", - o bildirib.

Qeyd edək ki, İkinci Azərbaycan-Fars körfəzi İqtisadi Forumu başlayıb.

Forumda "bərpa olunan enerji mənbələri (BEM), təmiz enerji, elektrik enerjisi və su layihələri üzrə əməkdaşlıq", "Azərbaycan ilə Fars körfəzi ölkələri arasında nəqliyyat və logistika sektorlarında çağırışlar və imkanlar", "Azərbaycan ilə Fars körfəzi ölkələri arasında kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və ərzaq sənayesi üzrə strateji tərəfdaşlıq" mövzularında panel müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti