...

Azərbaycan və İtaliya 97 milyonluq layihə ilə bağlı müqavilə imzaladı

İqtisadiyyat Materials 4 Oktyabr 2024 12:36 (UTC +04:00)
Azərbaycan və İtaliya 97 milyonluq layihə ilə bağlı müqavilə imzaladı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi “SOCAR Downstream Management" MMC və İtaliyanın "TechnipEnergies S.p.A." şirkəti arasında piroliz yağı istehsalı layihəsinin həyata keçirilməsinə dair birgə müqavilə imzalanıb.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O bildirib ki, ümumi dəyəri 97 milyon avro olan bu “yaşıl layihə”nin reallaşdırılması tullantıların səmərəli emalına, sənaye istehsalının təkmilləşdirilməsinə və karbon emissiyasının azaldılmasına stimul verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti