Bakı. Trend:
Azərbaycan İnvestisiya Holdinqi (AzInvestHolding) ilə Çinin "FiberHome Telecommunication Technologies Co., Ltd." şirkəti arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.
Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X”dəki hesabında yazıb.
“Sənədin icrası tərəflərin ağıllı infrastruktur, innovativ mexanizmlər və informasiya texnologiyaları sahələrində əməkdaşlığını gücləndirməklə Azərbaycan və Çin arasında biznes tərəfdaşlığının təşviqinə və Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətləri tərəfindən qabaqcıl biznes təcrübələrinin tətbiqinə təkan verəcək”, - nazir əlavə edib.