...

TDT Orta Dəhlizin potensialından tam istifadə etməlidir - Qazaxıstan prezidenti

İqtisadiyyat Materials 6 Noyabr 2024 13:57 (UTC +04:00)
TDT Orta Dəhlizin potensialından tam istifadə etməlidir - Qazaxıstan prezidenti
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bişkek. Trend:

Türk Dövlətləri Təşkilatı (OTT) çərçivəsində nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsi prioritet vəzifədir.

Trend xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, türk dünyasının gələcək iqtisadi inkişafı üçün strateji əhəmiyyət kəsb edən Transxəzər Beynəlxalq Nnəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialından tam istifadə etmək lazımdır.

"Ona görə də bu marşrut üzrə yükdaşımaların davamlı inkişafını təmin edəcək sazişin imzalanması zəruri görünür. Ümid edirəm ki, iştirakçı dövlətlər bu təşəbbüsü dəstəkləyəcəklər", - deyə Qazaxıstan prezidenti əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Avropa İttifaqı ölkələrinin konteyner dəmir yolu yükdaşıma şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxşaxəli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizdəki bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə əlaqələndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti