...

İnkişaf institutları böyük layihələr üçün maliyyə resurslarını birgə səfərbər etməlidirlər - AİB

İqtisadiyyat Materials 6 Dekabr 2024 11:52 (UTC +04:00)
İnkişaf institutları böyük layihələr üçün maliyyə resurslarını birgə səfərbər etməlidirlər  - AİB
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Almatı. Trend:

İnkişaf institutları böyük layihələr üçün maliyyə resurslarını birgə səfərbər etməlidirlər.

Trend xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (AİB) İdarə Heyətinin sədri Nikolay Podquzov Qazaxıstanın Almatı şəhərində keçirilən “Mərkəzi Asiyada tərəfdaşlıq: qlobal çağırışlara lokal problemlərin prizmasından baxış” mövzusunda sessiya zamanı bildirib.

“Asiya-Sakit okean regionunda dayanıqlı gələcək üçün su elektrik stansiyaları, yollar və zavodlar kimi böyük infrastruktur layihələrinin tikintisi tələb olunur. Heç bir maliyyə institutu milyardlarla dollarlıq layihəni təkbaşına maliyyələşdirməyəcək. İnkişaf institutları belə layihələr üçün maliyyə resurslarını birgə səfərbər etməlidirlər”, – deyə o qeyd edib.

N. Podquzovun sözlərinə görə, ümumilikdə əməkdaşlıq üçün 7 perspektiv istiqamət mövcuddur:

Kapitalın səfərbər edilməsi – böyük inkişaf layihələrinin maliyyə yükünü bölüşmək üçün; kapital bazarları – vəsait cəlb etmək məqsədilə; yerli valyutada maliyyələşdirməyə dəstək – üzv dövlətlərimiz üçün risklərin azaldılması üçün; layihələrin ekspertizası – ən yaxşı şəkildə yerinə yetirdiyimiz təcrübələrin mübadiləsi üçün; birgə tədqiqat layihələri – əməkdaşlığın yeni üfüqlərini açmaq və bilikləri birləşdirmək üçün; birgə və ya koordinasiya olunmuş texniki yardım – yeni layihələrin işə salınması üçün; transsərhəd layihələrin birgə icrası – bu, əməkdaşlıqdan yayınmanın mümkün olmadığı bir sahədir.

N.Podquzov çoxtərəfli inkişaf banklarını və beynəlxalq təşkilatları bütün səviyyələrdə birgə işləməyə çağırıb.

“Mərkəzi Asiyanın inkişafı ilə bağlı birgə səylərimiz ölkələrimizdəki insanların həyatını daha yaxşı edəcək. Bu, bizim əsas məqsədimizdir”, – deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti