Bakı. Trend:
"BİZİM AVTO" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 1A, mənzil 8 ünvanına bildirə bilərlər.
"BİZİM AVTO" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Vəliyev Eşqin Vaqif oğludur.