...

Pambıq lifi ixracı Azərbaycana 168,9 milyon dollar qazandırıb

İqtisadiyyat Materials 10 Dekabr 2024 10:07 (UTC +04:00)
Pambıq lifi ixracı Azərbaycana 168,9 milyon dollar qazandırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan xarici ölkələrə 168 milyon 920 min dollar dəyərində 112 min 597 ton pambıq lifi ixrac olunub.

Bu barədə Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə pambıq lifi ixracında 1,5 dəfə, satılmış məhsulun dəyərində isə 1,8 dəfə artım qeydə alınıb.

Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycandan xarici ölkələrə 111 milyon 353 min ABŞ dolları dəyərində 62 min 927 ton pambıq lifi ixrac olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti