Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Xorvatiya arasında ticarət əməliyyatlarının həcmi 847 milyon 193 min ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 367 milyon 783 min ABŞ dolları və ya 1,8 dəfə çoxdur.
Hesabat dövründə Xorvatiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,15%-i həcmində olub.
10 ayda Azərbaycan Xorvatiyaya 842 milyon 670 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da illik müqayisədə 367 milyon 193 min ABŞ dolları və ya 1,8 dəfə çoxdur. Bu dövrdə Azərbaycanın ümumi məhsul ixracının 3,71%-i Xorvatiyanın payına düşüb.
Yanvar-oktyabr aylarında Azərbaycan Xorvatiyadan məhsul idxalını illik müqayisədə təqribən 15% artıraraq, 4 milyon 523 min ABŞ dollarına çatdırıb. Dövr ərzində Xorvatiya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 0,03%-ni təşkil edib.