Bakı. Trend:
"Bakı Mexanizasiya Tikinti" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ləğvinə başlanılır.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.
Məlumata görə, gələn ili yanvarın 24-də, saat 12:00-da Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, ev məhəllə 2950-52 ünvaında “Bakı Mexanizasiya Tikinti” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin 2024-cü ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı;
2. Cəmiyyətin ləğv olunması;
3. Cəmiyyətin ləğv olunması ilə əlaqədar Təsviyəçinin təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi;
4. Cəmiyyətin ləğv edilməsi ilə əlaqədar olaraq investisiya qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi;
5. Cəmiyyətin ləğv edilməsi ilə əlaqədar olaraq aktivlərin səhmdarlar arasında bölünməsi;
6. Digər məsələlər.
Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda iştirak etmək üçün gələn şəxslərin qeydiyyatı 10:00-dan 12:00-a kimi aparılacaq. Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.
Qeyd edək ki, "Bakı Mexanizasiya Tikinti" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2009-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 39334 manat olan ASC-nin qanuni təmsilçisi Rzayev Mürsəl Qəni oğludur.