...

“Aqroservis” ASC 2,3 milyon manatlıq traktorlar alır

İqtisadiyyat Materials 10 Dekabr 2024 19:48 (UTC +04:00)
“Aqroservis” ASC 2,3 milyon manatlıq traktorlar alır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) yeni traktorlar alır.

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Belə ki, 50 ədəd traktorun alınması nəzərdə tutulub.

Məlumata görə, artıq bununla bağlı ASC hazırlıqlara başlayıb.

Qurum sözügedən işlərin icrasını "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinə həvalə edib və onunla dəyəri 2 milyon 330 min 100 manat olan müqavilə bağlayıb.

Qeyd edək ki, "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi 2007-ci ildə dövlət qeydiyyatına alınıb. İstehsalat Birliyinin hüquqi təmsilçisi isə Əliyev Amin Allahverdi oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti