...

Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb

İqtisadiyyat Materials 8 Fevral 2025 11:09 (UTC +04:00)
Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 8-9 fevral tarixlərində Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyətə başlayıb.

Trend xəbər verir ki, 2 gün müddətində, saat 9:00-dan 19:00-dək təşkil olunacaq yarmarkada fermerlərin 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirməsi gözlənilir.

Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır. “Kənddən Şəhərə” yarmarkasında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.

Qeyd edək ki, satışa çıxarılacaq məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida laboratoriyasının xidmətlərindən faydalana bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti