...

Azərbaycanda istehsal olunan traktorların sayı açıqlanıb

İqtisadiyyat Materials 8 Fevral 2025 14:44 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda 623 ədəd traktor istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 39 ədəd və ya 5,9% azdır.

Bu ilin yanvarın 1-nə ölkədə hazır məhsul ehtiyatı isə 11 ədəd təşkil edib.

Qeyd edək ki, Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ildə 826,6 milyon manatlıq məhsul istehsal olunub.

2023-cü ildəki göstərici illə müqayisədə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 44,7 faiz artıb, maşın və avadanlıqların istehsalı 51,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 50,3 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti