...

Qarabağın iqtisadi inkişafı üçün atılan addımlar özəl investisiyaların cəlbediciliyini artırır - ASK prezidenti

İqtisadiyyat Materials 13 Fevral 2025 11:27 (UTC +04:00)
Qarabağın iqtisadi inkişafı üçün atılan addımlar özəl investisiyaların cəlbediciliyini artırır - ASK prezidenti
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağın iqtisadi inkişafı üçün atılan addımlar, orada yerləşən xüsusi iqtisadi zonalar üçün nəzərdə tutulan vergi güzəştləri özəl investisiyaların cəlbediciliyini artırır.

Trend xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu gün Bakıda keçirilən “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda deyib.

O bildirib ki, xüsusən də strateji sahə kimi kənd təsərrüfatı sektorunun vergidən azad olunması bu sahədə sahibkarlıq subyektlərinin sayının artmasında özünü bilavasitə göstərir:

"Bu gün ölkə iqtisadiyyatında özəl sektorun payı 80%-dən çoxdur. Məhz özəl sektor iqtisadiyyatımızın diversifikasiya, qeyri-neft sektorunun inkişafı və məşğulluğun artırılması baxımından mühüm rol oynayır", - deyə M. Musayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti