Bakı. Trend:
Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində çox yaxşı əməkdaşlıq var. Bu gün Qazaxıstan nefti Azərbaycan üzərindən tranzit olaraq dünya bazarlarına gedir.
Trend xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov yerli televiziya kanallarına deyib.
Nazir qeyd edib ki, 2023-cü ilin mart ayından ötən ilin sonuna kimi Azərbaycanın üzərindən 2,5 milyon ton neft daşınıb:
“Bu həcmlərin artırılmasına dair bizim konkret planlarımız var, hətta bu istiqamətdə ilk addımlar atılıb”
Nazir Orta Dəhlizin əhəmiyyətindən də danışıb:
“Sözsüz ki, nəqliyyat və Orta Dəhliz Azərbaycanı, Qazaxıstanı, eləcə də, regionun digər ölkələrini birləşdirən çox mühim bir layihədir. Azərbaycan və Qazaxıstan burada böyük rol oynayır. Ümumiyyətlə, son iki ildən bir qədər çox müddətdə iki ölkə arasında 40-a qədər iki tərəfli sənədlər imzalanıb. Bütün bu faktlar bizim iki ölkə arasında əlaqələrimizin davam edəcəyinə çox gözəl sübutdur. Mən düşünürəm ki, qarşılıqlı səfərlə bu əlaqələrin inkişafına çox böyük töfhə verir”.