Bakı. Trend:
Bu ilin yanvar ayı ərzində Milli Ödəniş Sistemləri (AZİPS, XÖNKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 70,9 milyard manatı, sayı isə 14,3 milyonu ötüb.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni ayının göstəricilərinə nisbətdə aparılan əməliyyatların həcmində 5,7%, sayında isə 16,2% artım qeydə alınıb.
Cari ilin ilk ayında Real Vaxt rejimində Banklararası Milli Hesablaşmalar Sistemi (AZİPS) vasitəsilə 117 min əməliyyat üzrə 66,798 milyard manat, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖNKS) vasitəsilə 14,1 milyon əməliyyat üzrə 4,059 milyard manat, Ani Ödənişlər Sistemi (AÖS) ilə isə 72,2 min əməliyyat üzrə 87,9 milyon manat həcmində ödəniş həyata keçirilib.