...

Ödəniş kartları ilə ölkəxarici nağdsız əməliyyatların sayı 21%-ə yaxın artıb

İqtisadiyyat Materials 21 Mart 2025 12:44 (UTC +04:00)
Ödəniş kartları ilə ölkəxarici nağdsız əməliyyatların sayı 21%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda ödəniş kartları ilə aparılan ölkəxarici nağdsız əməliyyatların sayı 6,4 milyon ədədə, həcmi isə 270 milyon manata bərabər olub.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə say baxımından 1,1 milyon ədəd və ya 20,7%, həcm baxımından isə 11 milyon manat və ya 4,2% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Azərbaycanda ödəniş kartları ilə aparılan ölkəxarici nağdsız əməliyyatların sayı 5,3 milyon ədəd, həcmi isə 259 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti