Bakı. Trend:
Uruqvay ilk dəfə Azərbaycana iribuynuzlu heyvan ixrac edib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın Uruqvaydakı nümayəndəliyi məlumat yayıb.
Məlumata əsasən, "Gadoville" şirkəti 1700 baş Holşteyn və Aberdin Anqus cinslərinin Türkiyəyə, o cümlədən 500 baş Anqus cinsinin Azərbaycana ixracını təşkil edib.
Uruqvayın Gömrük İdarəsinin məlumatlarına görə, ölkə ilin əvvəlindən bu yana 42 977 baş mal-qara ixrac edib ki, bu da 2024-cü ilin eyni dövründə ixrac edilən 20 000 başdan iki dəfə çoxdur. Əsas alıcılar Türkiyə (27 796 baş) və Mərakeş (14 673 baş) olub.
Hər bir heyvanın FOB qiyməti 1100 ABŞ dollarıdır. "Gadoville" əməkdaşlığı davam etdirmək niyyətində olduğunu da açıqlayıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə Uruqvay ilə ticarət dövriyyəsi 85,3 milyon ABŞ dolları təşkil edib.