Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 1 milyon manat olub.
Trend-ə bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, işsizlikdən sığorta haqları üzrə daxilolmalar üzrə proqnoz 101,3% icra edilib.
"Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 7,3 milyon manat təşkil edib və proqnoz 113,8 faiz icra olunub", - deyə məlumatda bildirilib.