Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda 2025-ci ildə iqtisadi artımın mülayim olacağını və inflyasiyanın Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf diapazonunda qalacağını proqnozlaşdırıb.
Trend bu barədə BVF-a istinadən xəbər verir.
Məlumata görə, Fond geniş miqyasda sabit beynəlxalq ərzaq və enerji qiymətləri, fiskal ehtiyatlılığın davam edəcəyini nəzərə alaraq, orta müddətli dövrdə inflyasiyanın AMB-nin 4±2 hədəf diapazonunda qalacağı proqnozlaşdırır.
Fonddan verilən məlumata görə, iqtisadiyyatın orta müddətli dövrdə 2,5 faiz genişlənəcəyi gözlənilir. Xarici mövqenin ortamüddətli perspektivdə zəifləyəcəyi ehtimal edilir, aşağı karbohidrogen hasilatı və qiymətləri nəticəsində ticarət profisiti və qeyri-karbohidrogen ixracı azalacaq, lakin valyuta ehtiyatları güclü qalacaq.
“İnvestisiyaların təsiri azaldıqca, karbohidrogen hasilatı azaldıqca və 2026-cı ilə qədər istehsal fərqi bağlandığından artımın 2025-ci ildə 3,5 faizə enəcəyi proqnozlaşdırılır”, - məlumatda qeyd edilib.