Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 40,4 min ton neft bitumu istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 min ton və ya 21,4% azdır.
Belə ki, ötən ilin yanvar-mart aylarında ölkədə 51,4 min ton neft bitumu istehsal olunmuşdu.
Bu ilin aprelin 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 13,9 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,257 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7% azalıb.
