...

“İçәrişәhәr” Dövlәt Tarix-Memarlıq Qoruğu İdarәsində maliyyə nöqsanları aşkarlanıb

İqtisadiyyat Materials 17 Aprel 2025 16:39 (UTC +04:00)
“İçәrişәhәr” Dövlәt Tarix-Memarlıq Qoruğu İdarәsində maliyyə nöqsanları aşkarlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2022-2023-cü illәrdә “İçәrişәhәr” Dövlәt Tarix-Memarlıq Qoruğu İdarәsi tәrәfindәn bölmәlәr üzrә müvafiq olaraq 1735336,0 manat vә 863661,0 manat mәblәğindә vәsait artıq proqnozlaşdırılaraq tәqdim edilmiş, bununla yanaşı, İdarәnin hesablaşma hesabında tәsәrrüfat gәlirlәri üzrә 2 il üzrә müvafiq olaraq 320551,24 vә 1405448,02 manat qalıq vәsaitlәr dә büdcә vәsaitinә tәlabatın hesablanmasında nәzәrә alınmamışdır.

Trend xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində öz əksini tapıb.

Bildirilib ki, İdarә tәrәfindәn 2022-ci vә 2023-cü illәr üçün “İllik satınalma planı” tәsdiq edilmәmiş, 2022-ci ildә 28 halda o cümlәdәn, 21 halda kotirovka, 7 halda açıq tender proseduru ilә keçirilmiş satınalma prosedurları üzrә ehtimal olunan qiymәt cәdvәllәri tәsdiq edilmәmiş, mәnbәyi bilinmәyәn vahid qiymәt yazılaraq ehtimal olunan qiymәt kimi göstәrilmişdir.

Eyni zamanda, müvafiq satınalma prosedurları nәticәsindә bağlanmış müqavilәlәr dövlәt satınalmalarının vahid internet portalında yerlәşdirilmәmişdir.

İdarә tәrәfindәn “Yaşanıla bilәn vә Dayanıqlı İrs Şәhәrlәri” mövzusunda keçirilmiş beynәlxalq konfrans çәrçivәsindә xarici qonaqlar üçün aviabiletlәrin alınması xәrclәri üzrә 33012,4 manat, mehmanxana xәrclәri üzrә 16138,0 manat satınalma proseduru keçirilmәdәn xәrc edilmişdir. Eyni zamanda, İdarәnin Elmi Mәdәni Mәrkәzi tәrәfindәn 2022-ci ildә "Dövlәt satınalmaları haqqında" Qanunun 1-ci maddәsinin tәlәblәrinә әmәl edilmәdәn "Nәqliyyat vasitәlәrinin cari tәmiri" xәrc maddәsindәn 14000,0 manat, "İcarә vә muzdlu xidmәtlәr" xәrc maddәsindәn 6440,0 manat turekskursiya xidmәtinә görә tәchizatçıya ödәnilmişdir.

"Multani" vә "Buxara" Karvansaraylarının tәmir-bәrpa işlәrinә görә ayrılmış vәsaitlәr üzrә bir mәnbәdәn satınalma metodundan istifadәyә Azәrbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasәti vә İstehlakçıların Hüquqlarının Müdafiәsi Dövlәt Xidmәtinin mәktubunda vergilәr daxil 14968961,72 manat mәblәğindә müqavilәnin bağlanmasına razılıq verilsә dә, "Dövlәt satınalmaları haqqında" Azәrbaycan Respublikası Qanununun 1-ci maddәsinin tәlәblәrinә әmәl edilmәdәn qeyri-rezidentlә bağlanmış müqavilәlәrin dәyәri AVRO-nun müqavilә tarixinә olan mәzәnnәsinә görә 20292853,8 manat tәşkil etmişdir. Müqavilә üzrә ümumilikdә 19950722,02 manat, auditlә әhatә olunan dövrdә isә 13498515,9 manat mәblәğindә vәsait xәrc edilmişdir.

İdarәnin Muzey Mәrkәzi tәrәfindәn tәlim dәrslәrinin hәyata keçirilmәsi mәqsәdi ilә bağlanılmış müqavilә üzrә vәsaitin icraçıya tam ödәnimәsinә baxmayaraq müqavilә öhdәliyi üzrә işlәr (xidmәtlәr) sifarişçiyә tәhvil verilmәmiş, müqavilәlәrin gecikmә ilә yerinә yetirilmәsinә görә isә cәrimәlәr tәtbiq edilmәmişdir.

2022-ci ildә maşın vә avadanlıqların satın alınması üzrә bağlanılmış müqavilәnin icrası çәrçivәsindә icraçı şirkәt tәrәfindәn tәhvil verilmiş kompüter vә ofis avadanlıqlarının texniki spesifikasiyalarındakı uyğunsuzluğa görә artıq vәsait ödәnilmişdir.

Mәtbәә mallarının alışına, pәrdә materialının alışına vә dizinfeksiya, dezinseksiya vә deratizasiya xidmәtlәrinin göstәrilmәsinә görә bağlanmış müqavilәlәr üzrә elektron qaimәfakturanın forması, tәtbiqi, uçotu vә istifadәsinın tәlәblәri gözlәnilmәdәn ödәniş hәyata keçirilmişdir.

“Açıq mәkanda reklam yerlәşdirilmәsinә icazә verilmәsi vә bu sahәdә nәzarәtin hәyata keçirilmәsi Qaydası”nın 2.10-cu maddәsinin tәlәblәri gözlәnilmәdәn İdarәnin Elmi Mәdәni Mәrkәzi tәrәfindәn 01.11.2023-cü il tarixindә ümumi müqavilә dәyәri 13662,0 manat tәşkil edәn vә açıq mәkanda reklam yayımına icazәlәr verәn müqavilәlәr bağlanılmışdır. Reklam yayıcısı tәrәfindәn dövlәt rüsumunun ödәnilmәsi faktını tәsdiq edәn sәnәdlәr tәqdim edilmәmiş, nәticәdә sahәsi 30.36 m2 olan fasad reklam lövhәlәrinin yerlәşdirilmәsinә dövlәt rüsumu olmadan icazә verilmişdir. Eyni zamanda, “Açıq mәkanda reklam yayımına görә ödәnilәn haqqın mәblәği” qaydasının 4.2-ci maddәsinin tәlәblәri gözlәnilmәyәrәk reklam yayımı üzrә bağlanmış müqavilәlәr üzrә 9296,6 manat vәsait mәdaxil edilmәmişdir.

2022-2023-cü illәrdә mәnzil fondu üzrә cәmi hesablanmış gәlirlәr 23990,4 manat olduğu halda, İdarәnin Mәnzil-kommunal vә Tәmir Xidmәti tәrәfindәn hüquqi aktların tәlәblәrinә әmәl edilmәdәn cәmi 2 il üzrә 16011,4 manat mәblәğindә gәlirlәrin az hesablandığı müәyyәn olunmuşdur. Eyni zamanda, Mәnzil-kommunal vә Tәmir Xidmәtinin әsas gәlir mәnbәyi olan bağlanmış xidmәt müqavilәlәri üzrә müvafiq dövr üzrә 48200,7 manat daxilolmalar üzrә debitor borcun Xidmәtin hesabına ödәnilmәsi üçün tәdbirlәr görülmәmişdir.

İdarәnin Aparatının vә strukturuna daxil olan qurumlarının ştat cәdvәllәrinin tәsdiq edilmәsi haqqında İdarә Heyәtinin Qәrarında ştatdankәnar işçilәr üzrә tәsdiq edilmiş ştat cәdvәlindә “ştatdankәnar tәhlil üzrә ekspert” vә “İdarә Heyәti sәdrinin ştatdankәnar innovasiyalar üzrә müşaviri” vәzifәsi olmadığı halda, 2023-cü ildә bu vәzifәlәrә işçilәr götürülmüş vә vәsait ödәnilmişdir. İdarәnin İdarә Heyәtinin qәrarı әsasında Elmi Mәdәni Mәrkәzin tәsdiq edilmiş ştat cәdvәli Azәrbaycan Respublikası Әmәk vә Әhalinin Sosial Müdafiәsi Nazirliyi Kollegiyasının 30.08.2017-ci il tarixli Qәrarı ilә tәsdiq edilmiş “Elm vә elmi xidmәt sahәsinә aid olan qulluqçu vәzifәlәrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” ilә müәyyәn edilmiş nomeklaturaya uyğun tәrtib edilmәmişdir. Belә ki, ştat cәdvәlindә direktorun ticarәt vә elmi işlәr üzrә iki müşavir vәzifәsi tәsis edilmiş vә audit dövründә bu vәzifәlәrin әmәk haqqı vә әmәk haqqının ödәnişi ilә bağlı digәr xәrclәr edilmişdir. Xidmәti әrazidә cәmi 1,5 ha yaşıllıq sahәsi olduğu halda yaşıllıq sahәlәrinә qulluq edilmәsi xәrclәrinin “Müvәqqәti Normaları”nın vә “Vahid Tarif Cәdvәli”nin tәlәbinә әmәl edilmәmiş, 2 ştat vahidi әvәzinә yaşıllıq sahәsinә qulluqla bağlı 14 ştat vahidi ştatdankәnar işçilәr saxlanılmışdır.

İdarәnin tabeliyindәki bir sıra tәşkilatlarda ştat üzrә bir sıra vәzifәlәrin ödәniş dәrәcәlәri müvafiq sahәni tәnzimlәyәn “Vahid Tarif-İxtisas Sorğu Kitabçası” ilә nәzәrdә tutulan әmәk haqqı ödәniş dәrәcәsindәn yuxarı tәyin edilmişdir. 2022-2023-cü illәr әrzindә ayrı-ayrı vaxtlarda әmәk mәzuniyyәti әmrlәrinin vә tәqdim olunmuş xәstәlik vәrәqәlәrinin mühasibatlıqda düzgün nәzәrә alınmaması sәbәbindәn iş günü olmayan işçilәrә әmәk haqqı artıq olaraq köçürülmüşdür.

İdarәnin Әnәnәvi İncәsәnәt Mәrkәzi tәrәfindәn tәsәrrüfat gәlirlәri hesabına әldә edilmiş vәsaitlәrdәn xarici ezamiyyәdә olmadığı halda işçilәrә ezamiyyә xәrci ödәnilmişdir.

İdarә tәrәfindәn tikinti obyektlәri üzrә tәsdiqlәnmiş smeta sәnәdlәrindә "Nәzәrdә tutulmayan xәrclәr"in müqavilә dәyәrinin 3%-i hәcmindә nәzәrdә tutulduğu halda, podratçı şirkәt ilә bağlanmış müqavilәyә 1 saylı әlavәdә hәmin xәrclәrin 5,6% nәzәrdә tutulması sәbәbindәn 18426,2 manat mәblәğindә vәsait artıq ödәnilmişdir.

İçәrişәhәr әrazisindә aparılmış mühәndisi geoloji tәdqiqat işlәrinin nәticәsinә dair hesabatlara baxış zamanı İdarә tәrәfindәn 13 quyunun qazılması vә laboratoriya analizi olunması işlәri üzrә artıq ödәnişlәrin edildiyi müәyyәn edilmişdir.

Audit çәrçivәsindә alışı rәsmilәşdirilmiş müxtәlif mal-material qalığına faktiki baxış keçirilәn zaman bәzi çatışmazlıqlar müәyyәn olunmuşdur. 16. 31.12.2022-ci il tarixinә hazırlanmış “Maliyyә vәziyyәti haqqında hesabat”da “Qeyrimaddi aktivlәr” bölmәsindә 1417874,0 manat dәyәrindә vәsaitin uçotu düzgün göstәrilmәmiş, 54 әdәd müxtәlif növdә ümumi dәyәri 44246,4 manat mәblәğindә lisenziyalar uçota alınmamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti