Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycandan İtaliyaya 3,055 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda məhsul ixracından əldə olunan gəlir 1,7 milyard ABŞ dolları təşkil edib.
Birinci rübdə İtaliyaya ixrac olunan bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 1,124 milyon ton və ya 58,2%, dəyər ifadəsi ilə 468 milyon ABŞ dolları, yaxud da 37,9% çoxdur.
Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycandan İtaliyaya 1,931 milyon ton miqdarında, 1,234 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Qeyd edək ki, yanvar-mart aylarında Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ümumi həcmi 6,011 milyon ton, dəyəri isə 3,337 milyard ABŞ dolları təşkil edib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 411 min ton və ya 7,3%, dəyər ifadəsi ilə 153 milyon ABŞ dolları, yaxud da 4,4% azdır.
Ötən ilin birinci rübündə Azərbaycandan ixrac olunmuş itumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ümumi həcmi 5,6 milyon ton, 3,490 milyard ABŞ dolları idi.