...

Azərbaycan Çexiyaya neft ixracını 3 dəfədən çox artırıb

İqtisadiyyat Materials 18 Aprel 2025 17:02 (UTC +04:00)
Azərbaycan Çexiyaya neft ixracını 3 dəfədən çox artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Çexiyaya 558,7 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda məhsul ixracından əldə olunan gəlir 304,7 milyon ABŞ dolları təşkil edib.

Birinci rübdə Çexiyaya ixrac olunan bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 388,4 min ton və ya 3,3 dəfə, dəyər ifadəsi ilə 206,6 milyon ABŞ dolları, yaxud da 3,1 dəfə artıb.

Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycandan Çexiyaya 170,3 min ton miqdarında, 98,1 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Qeyd edək ki, yanvar-mart aylarında Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ümumi həcmi 6,011 milyon ton, dəyəri isə 3,337 milyard ABŞ dolları təşkil edib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 411 min ton və ya 7,3%, dəyər ifadəsi ilə 153 milyon ABŞ dolları, yaxud da 4,4% azdır.

Ötən ilin birinci rübündə Azərbaycandan ixrac olunmuş itumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ümumi həcmi 5,6 milyon ton, 3,490 milyard ABŞ dolları idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti