Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycandan Tunisə 64,2 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda məhsul ixracından əldə olunan gəlir 37,4 milyon ABŞ dolları təşkil edib.
Birinci rübdə Tunisə ixrac olunan bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 128,4 min ton və ya 3 dəfə, dəyər ifadəsi ilə 82,1 milyon ABŞ dolları, yaxud da 3,2 dəfə azalıb.
Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycandan Tunisə 192,6 min ton miqdarında, 119,5 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Qeyd edək ki, yanvar-mart aylarında Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ümumi həcmi 6,011 milyon ton, dəyəri isə 3,337 milyard ABŞ dolları təşkil edib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 411 min ton və ya 7,3%, dəyər ifadəsi ilə 153 milyon ABŞ dolları, yaxud da 4,4% azdır.
Ötən ilin birinci rübündə Azərbaycandan ixrac olunmuş itumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ümumi həcmi 5,6 milyon ton, 3,490 milyard ABŞ dolları idi.