...

Pakistan kosmosun sülh məqsədli mənimsənilməsi üzrə əməkdaşlığı genişləndirməyə hazırdır

İqtisadiyyat Materials 24 Aprel 2025 11:55 (UTC +04:00)
Pakistan kosmosun sülh məqsədli mənimsənilməsi üzrə əməkdaşlığı genişləndirməyə hazırdır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan kosmosun sülh məqsədilə mənimsənilməsi üzrə əməkdaşlığı genişləndirməyə hazırdır.

Trend xəbər verir ki, bunu Pakistanın Kosmosun və atmosferin yuxarı qatlarının tədqiq olunması üzrə komissiyasının (SUPARCO) sədri Məhəmməd Yusuf Xan Bakıda keçirilən Kosmik Texnologiyalar üzrə Konfransın (Space Technology Conference, STC2025) gedişində bildirib.

O qlobal kosmik iqtisadiyyatında böyük təsir bağışlayan artımın müşahidə olunduğunu bildirib: 2023-cü ildə 630 milyard ABŞ dolları təşkil etdiyi halda, 2035-ci ilə qədər 1,8 trilyon dollara çatacağı gözlənilir.

“Bu artıma peyk rabitəsi, Yerin müşahidə olunması , naviqasiya və süni intellektə əsaslanan xidmətlər sahəsindəki innovasiyalar vəsilə olur. Kosmos artıq elitar bir sahə deyil — bu, iqtisadi rəqabət qabiliyyəti və dayanıqlı inkişafın əsasını təşkil edir,” – deyə Yusif Xan vurğulayıb.

O qeyd edib ki, texnologiyaların və iqtisadiyyatların inkişaf etdiyi Mərkəzi Avrasiya bu yeni reallıqda mühüm rol oynamaq potensialına malikdir.

“Bilik və resurslarımızı birləşdirərək biz yalnız iştirakçı deyil, bu bazarda aparıcı oyunçular ola bilərik. Pakistan kosmik texnologiyaların əhəmiyyətini anlayır. 1961-ci ildə SUPARCO yaradıldığından bəri biz kosmosdan sülh məqsədilə ardıcıl şəkildə istifadə edirik. Kənd təsərrüfatı, fəlakətlərin idarə olunması, iqlim, buzlaqların monitorinqi və infrastruktur sahəsində çoxsaylı layihələr həyata keçirmişik,” – deyə SUPARCO sədri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti