Bakı. Trend:
"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (BOKT) balansında olan qeyri-yaşayış binası satışa çıxarılır.
Trend-in məlumatına görə, satışa çıxarılacaq qeyri-yaşayış binası Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Artyom küçəsi 25-də yerləşir.
Hərracın iyunun 4-də saat 11:00-da keçirilməsi nəzərdə tutulub.
Qeyd olunub ki, məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək istəyən şəxslərə balanssaxlayıcı təşkilat tərəfindən satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.