...

Azərbaycanda AZIR indeksinin yenilənməsi maliyyə bazarlarının müasirləşməsinin dönüş nöqtəsidir - Natali Muravidze

İqtisadiyyat Materials 15 May 2025 16:59 (UTC +04:00)
Azərbaycanda AZIR indeksinin yenilənməsi maliyyə bazarlarının müasirləşməsinin dönüş nöqtəsidir - Natali Muravidze
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan banklararası faiz dərəcəsi (AZIR) indeksinin yenilənməsi, ölkənin maliyyə bazarlarının müasirləşməsi baxımından dönüş nöqtəsidir.

Trend xəbər verir ki, bunu Mərkəzi Bankın AYİB-in dəstəyi ilə indekslərin hesablanması və dərci üçün təkmilləşdirilmiş metodologiyanı tətbiq etməsini şərh edərkən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı rəhbəri Natali Muravidze deyib.

O, bu yeniliyi ölkənin maliyyə bazarlarının inkişafında mühüm mərhələ və dönüş nöqtəsi kimi qiymətləndirib.

Azərbaycan Mərkəzi Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) texniki dəstəyi ilə Azərbaycan banklararası faiz dərəcəsi (AZIR) indeksinin hesablanması və dərc olunması metodologiyasını yeniləyib. Yeni yanaşma 30, 90 və 180 günlük toplanan faiz dərəcələrini və AZIR toplanan faiz indeksini əhatə edir.

Bu dəyişikliklər bazara etibarlı istinad faiz dərəcəsi təqdim edir, manatla ifadə olunan maliyyə alətlərinin inkişafına şərait yaradır, pul siyasətinin ötürülmə effektivliyini artırır, banklararası bazarın aktivliyini gücləndirir.

Qeyd edək ki, 2023-cü il mayın 1-dən etibarən banklararası təminatsız pul bazarında bençmark faiz dərəcəsi olan AZIR (Azerbaijan Interbank Rate) indekslərinin gündəlik əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanmasına başlanılıb. Ötən 2 ildə AZIR indekslərinin dinamikası aktiv banklararası təminatsız pul bazarının mövcudluğunu və bank sektorunda likvidliyin səmərəli idarə olunmasını göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti