...

KTN süni intellekt texnologiyaları ilə bağlı beynəlxalq qurumlarla əməkdaşlığa başlayıb

İqtisadiyyat Materials 16 May 2025 11:06 (UTC +04:00)
KTN süni intellekt texnologiyaları ilə bağlı beynəlxalq qurumlarla əməkdaşlığa başlayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi süni intellekt texnologiyaları ilə bağlı beynəlxalq qurumlarla əməkdaşlığa başlayıb.

Trend xəbər verir ki, bu sözləri Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov "Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların II Forumu"nda çıxışı zamanı deyib.

O bildirib ki, dəyişən, sürətlə inkişaf edən dünyada rəqəmsallaşma, süni intellektin tətbiqi proseslərin sürətli aparılması baxımından çox vacibdir:

"Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də ciddi işlər görülür. Süni intellekt proqnozların verilməsi, xüsusilə də bitki mühafizəsi sahəsində çox böyük əhəmiyyət kəsb edir. Zərərvericilərə qarşı mübarizdə və onların əvvəlcədən proqnozlaşdırılmasında bu texnologiyaların böyük təsirləri vardır".

"Bu texnologiyaların həm dövlətin nəzarəti çərçivəsində xidmətlərin təkmilləşdirilməsi, həm də fermerlərə məlumatların ötürülməsi istiqamətində çox böyük təsiri olacaq.

Kənd Təsərrüfatı Nazirliyi artıq bu istiqamətdə beynəlxalq qurumlarla əməkdaşlığa başlayıb və müəyyən nəticələrimiz də var", - deyə A.Əzimov qeyd edib.

Xəbər lenti

Xəbər lenti