Bakı. Trend:
Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başa çatıb.
Trend TRT-yə istinadən xəbər verir ki, üçtərəfli görüş saat yarım davam edib.
xxx
12:52
Türkiyənin İstanbul şəhərində keçirilən üçtərəfli danışıqlarda ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Ağ Ev rəhbərinin xüsusi səfiri Kit Kelloq, həmçinin ABŞ-nin Ankaradakı səfiri Tomas Barrak daxildir.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV Türkiyə XİN-ə istinadən məlumat yayıb.
Məlumata görə, Ukrayna tərəfini isə danışıqlarda müdafiə naziri Rüstəm Umerov, Ukrayna lideri ofisinin rəhbəri Andrey Yermak və XİN rəhbəri Andrey Sibiqa təmsil edir.
xxx
12:14
İstanbulda Ukrayna, ABŞ və Türkiyənin iştirakı ilə üçtərəfli danışıqlar start götürüb.
Trend xəbər verir ki, bu barədə Ukrayna XİN öz rəsmi “Telegram” kanalında məlumat yayıb.
“İstanbulda Ukrayna, ABŞ və Türkiyə nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar başlayır”, - deyə məlumatda bildirilir.
xxx
10:13
Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli görüş İstanbulda yerli vaxtla 12:30-a (Bakı vaxtı ilə 13:30) planlaşdırılıb.
Trend barədə Türkiyə KİV ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Rusiyanın nümayəndə heyətinə Rusiya Federasiyası prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir.
Nümayəndə heyəti artıq mayın 15-dən Türkiyədədir. Ukrayna tərəfindən isə nümayəndə heyətinə Ukraynanın müdafiə naziri Rüstəm Umerov rəhbərlik edir.
Xəbər yenilənəcək