Bakı. Trend:
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının bu il üçün sayca 7-ci və sonuncu iclası keçirilib.
Bu barədə Trend-ə komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, bugünkü iclasda 100-dən artıq müraciətə baxılıb.
Ə.Nuriyev qeyd edib ki, artıq komissiyanın builki iclaslarına yekun vurulub: "Rəy verilən müraciətlərin siyahısı Prezident İlham Əliyevə təqdim olunacaq".
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının builki iclaslarında ümumilikdə 800-dək müraciətə baxılıb.