Bakı. Trend:
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı Milli Məclisdə müzakirə edilib.
Trend xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatların müzakirəsinə təqdim edilib.
Məlumatı daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edib.
Milli Koordinatorun insan alverinə qarşı mübarizəyə dair məlumatı səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.