Tirana. Trend:
Xorvatiya və Azərbaycan arasında neft və qaz sahəsində əməkdaşlıq kifayət qədər məhsuldardır.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Xorvatiya Respublikasının baş naziri Andrey Plenkoviç Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısı ərəfəsində jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Mənim bu yaxınlarda COP29-da iştirak üçün Bakıya etdiyim səfərlər zamanı və ondan əvvəl də enerji əməkdaşlığı məsələləri müzakirə olunub”, - deyə o bildirib.