...

Almaniya şirkəti Azərbaycanda startapları dəstəkləmək niyyətindədir - Marius Qreyif

İqtisadiyyat Materials 16 May 2025 13:16 (UTC +04:00)
Almaniya şirkəti Azərbaycanda startapları dəstəkləmək niyyətindədir - Marius Qreyif
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın qablaşdırma şirkəti Azərbaycanda bütün şirkətləri, o cümlədən startapları qarşıdakı illərdə dəstəkləmək niyyətindədir.

Bu sözləri Almaniyanın SOMIC şirkətinin beynəlxalq satış rəhbəri Marius Qreyif sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") çərçivəsində Trend-ə açıqlamasında deyib.

Oqeyd edib ki, ilk dəfədir ki, Azərbaycanda keçirilən sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ("InterFood Azerbaijan") iştirak edirik.

"Burada fəaliyyətimizi genişləndirmək istəyirik. Bizim üçün qarşıdakı bir neçə il ərzində, xüsusilə istifadə etdiyimiz texnologiya baxımından mütləq imkanlar var. Biz Almaniyada yerləşən və 1974-cü ildə təsis olunmuş bir şirkətik. Bu o deməkdir ki, biz bu sahədə 50 ildən artıq təcrübəyə malikik və son mərhələdə qablaşdırma həlləri üzrə ixtisaslaşmışıq. Bu sahədə dünyanın bir çox ölkələrində uğurla fəaliyyət göstərməkdəyik. Biz Azərbaycandakı bütün şirkətləri, o cümlədən startapları qarşıdakı illərdə dəstəkləməyə məmnun olarıq", - deyə o qeyd edib

Qeyd edək ki, SOMIC 1974-cü ildən bəri qida, qeyri-qida, dərman və bir çox digər sənaye sahələri üçün yüksək keyfiyyətli qablaşdırma maşınlarının istehsalı ilə məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti