...

Tibb işçisinin vicdansız münasibəti nəticəsində sağlamlığa yüngül zərər vurulmasına görə 9000 manatadək cərimə tətbiq ediləcək

Cəmiyyət Materials 16 May 2025 13:23 (UTC +04:00)
Tibb işçisinin vicdansız münasibəti nəticəsində sağlamlığa yüngül zərər vurulmasına görə 9000 manatadək cərimə tətbiq ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə yeni cərimələr müəyyənləşdirilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən,tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda fiziki şəxslər 500 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 7000 manatdan 9000 manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti