...

Tibb işçilərinin sertifikasiyası: 2024-cü ildə 18 mindən çox mütəxəssis imtahan verib

Cəmiyyət Materials 16 May 2025 14:06 (UTC +04:00)
Tibb işçilərinin sertifikasiyası: 2024-cü ildə 18 mindən çox mütəxəssis imtahan verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2009-cu il tarixli Prezident Fərmanının icrası çərçivəsində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislər 5 ildə bir dəfə sertifikasiyaya cəlb olunurlar.

Trend xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2024-cü ildə 18 502 tibb işçisi sertifikasiya imtahanında iştirak edib. 2025-ci ilin əvvəlinə ölkədə ümumilikdə 92 896 tibb işçisi fəaliyyət göstərir. Onlardan 35 233 nəfəri həkim, 57 663 nəfəri isə orta tibb işçiləridir.

“Bu ilin ilk dörd ayında isə 5 498 nəfər imtahanlara qatılıb və onların 91%-i ilk cəhddə müvəffəqiyyət qazanıb. Birinci cəhddə uğursuz olanların 95%-i ikinci imtahandan uğurla keçib”, - deyə Teymur Musayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti