Bakə.Trend:
Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq.
Trend Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, Böyükşor-Pirşağı yeni avtomobil yolunun 7.6-cı km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Bildirilir ki, hərəkətin məhdudlaşdırılması 17 may tarixində səhər saat 07:00-dan başlayaraq bir-neçə saat ərzində qüvvədə olacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - agentlikdən əlavə olunub.