Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 55,1 min ton mazut istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 54,1 min ton və ya 55,1 dəfə çoxdur.
Belə ki, ötən ilin yanvar-aprel aylarında ölkədə 1 000 ton mazut istehsal edilmişdi.
Bu ilin mayın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 0,8 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,607 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9% azalıb.