...

Azərbaycan millisinin ilkin heyəti müəyyənləşib

İdman Materials 16 May 2025 20:02 (UTC +04:00)
Azərbaycan millisinin ilkin heyəti müəyyənləşib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qadınlardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Litva yığmasına qarşı keçiriləcək ev oyunu üçün ilkin heyəti müəyyənləşib.

Trend xəbər verir ki, millimiz mayın 20-də Bakıda təlim-məşq toplanışına başlayacaq.

Məlumata görə, yekun heyət mayın 25-də açıqlanacaq. Siyasət Əsgərovun yetirmələri C Liqasının IV qrupu çərçivəsində mayın 30-da, saat 18:00-da, Bayıl stadionunda Litva yığması ilə qarşılaşacaq.

Milliyə dəvət olunan futbolçuların adları:

Aytac Şərifova ("Hakkarigücü", Türkiyə), Nərgiz Əliyeva ("Fatih Vətən", Türkiyə), Günay İsmayılova ("Neftçi"), Mehriban Şahməmmədova ("Neftçi"), Nigar Mirzəliyeva ("Zenit", Rusiya), Manə Mollayeva ("Neftçi"), Fidan Cəfərova ("Neftçi"), Yeliz Acar ("Fatih Vətən", Türkiyə), Kamilla Məmmədova ("Okjetpes", Qazaxıstan), Vüsalə Seyfəddinova ("Neftçi"), Firəngiz Teymurova ("Neftçi"), Nazlıcan Parlak ("Qalatasaray", Türkiyə), Coşqunə Əliyeva ("Neftçi"), Sevinc Cəfərzadə ("Krasnodar", Rusiya), Ayşən Əhmədova ("Ünyespor", Türkiyə), Alina Dorofeyeva ("Rubin Kazan", Rusiya), Diana Məmmədova ("Rubin Kazan", Rusiya), Milana Rəhimova ("Ünyespor", Türkiyə), Ayşən Salamzadə ("Neftçi"), Xanım Əsədova ("Neftçi"), Aysun Muradova ("Gölbaşı Belediye Spor", Türkiyə), Alina Nəhmədova ("Neftçi"), Peritan Bozdağ ("Fatih Vətən", Türkiyə), Esra Manya ("Fatih Vətən", Türkiyə), Mədinə Curuqova ("Neftçi"), Röya Əliyeva ("Sumqayıt")Məhsumə Nəzərli ("Neftçi"), Aydan Əkbərova ("Baku Juniors"), Aysu Əsədova ("Sabah")

Məqalədə:
Xəbər lenti

Xəbər lenti