Bakı. Trend:
BMT Rusiya və Ukrayna arasında üç ildə ilk dəfə İstanbulda keçirilən birbaşa danışıqları alqışlayır.
Trend-in məlumatına görə, bu barədə dünya təşkilatının baş katibinin nümayəndəsinin müavini Stefani Tremble deyib.
"Biz bugünkü danışıqları, son üç ildə ilk belə birbaşa danışıqları, o cümlədən potensial atəşkəs və genişmiqyaslı məhbus mübadiləsini alqışlayırıq. Biz bu müzakirələrin aparılmasında Türkiyə və ABŞ-nin mühüm rolunu qeyd edir və ümid edirik ki, bu proses Ukraynada tam, dərhal və qeyd-şərtsiz atəşkəsə gətirib çıxaracaq ki, bu da BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq Ukraynada ədalətli, hərtərəfli və davamlı sülh üçün şərait yaradılması istiqamətində əsas addım olacaq", - deyə o bildirib.